Azərbaycan Tacikistan vətəndaşını ölkəsinə təhvil verdi
09 fevral 2024 18:46 (UTC +04:00)

Azərbaycan Tacikistan vətəndaşını ölkəsinə təhvil verdi

Başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı, 48 yaşlı Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatətini Azərbaycanın Baş Prokurorluğu təmin edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4206

Oxşar yazılar