Həbsxanaya gətirilən heroin
06 iyul 2022 17:27 (UTC +04:00)

Həbsxanaya gətirilən heroin

Ata həbsdəki oğluna narkotik gətirdi - BAKIDA

Təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cavid Nizami oğlu Səfərova atası Bakı şəhər sakini Nizami Ağalar oğlu Səfərovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 

# 858
avatar

Mehman Nəbiyev

Oxşar yazılar