Astarada  FACİƏ:  kişi yük maşınının altında qaldı
09 aprel 2021 12:58 (UTC +04:00)

Astarada FACİƏ: kişi yük maşınının altında qaldı

Astarada 56 yaşlı kişi yol qəzasında ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saat 9 radələrində rayonun Marzəsəy kəndində qeydə alınıb. Vüqar Xankişi oğlu Aslanovun idarə etdiyi "KamAZ" markalı avtomobillə Sahil Səfərəli oğlu Vəliyevin evinə mişardaşı aparan zaman bədbəxt hadisə baş verib. Belə ki, dağlıq yolda nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin yük yerində mişardaşlarının üstündə oturmuş Sahil Vəliyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221
avatar

Oxşar yazılar