Aşıq Namiq və qadının görüntüsü
17 iyul 2021 15:33 (UTC +04:00)

Aşıq Namiq və qadının görüntüsü

Aşıq Namiq polisdə DİNDİRİLDİ - YENİLƏNİB

Aşıq Namiq Fərhadoğlu (Hüseynov) polisdə ifadə verib.

Bu barədə Lent.az-a Namiq Hüseynov özü bildirib.

O qeyd edib ki, məlum məsələ ilə bağlı polis bölməsinə dəvət olunub və orada ifadə verib: “İfadəmdə baş verənlərin mənə qarşı şər və böhtan olduğunu bildirdim. Təbii ki, barəmdə irəli sürülən ittihamları qəbul etmirəm”.

***

saat 12:25

Aşıq Namiqin seksual hərəkətlər etdiyi iddia olunan qadının şikayətinə baxılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. O bildirib ki, hazırda araşdırmalar davam edir:

“İyulun 15-də, 1990-cı il təvəllüdlü bir xanım, Mirəli Qaşqay küçəsində “Köklə sazı” adlı ofisdə aşıq sənəti ilə məşğul olan Namiq Fərhad oğlu Hüseynovun ona qarşı seksual hərəkətlər etdiyini və döydüyünü DİN-in 102 xidmətinə zəng edərək bildirib. Həmin müraciət baxılması üçün ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilib. N.Hüseynovun və şikayətçi qadın bölməyə dəvət olunublar. Hazırda araşdırmalar davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar