Arvadına zülm edib intihar həddinə çatdırana  hökm oxundu
07 oktyabr 2024 18:16 (UTC +04:00)

Arvadına zülm edib intihar həddinə çatdırana hökm oxundu

Çelyabinsk vilayətinin Mejevoy qəsəbəsinin sakini həyat yoldaşını intihara sürüklədiyi üçün doqquz il yarım azadlıqdan məhrum edilib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kişi bir neçə il həyat yoldaşına zülm edib.

“Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, təqsirkarı 9 il yarım müddətinə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə qərar verib. O, məhkəmə zalında həbs edilib”, - məlumatda qeyd edilir.

Bildirilir ki, 2018-ci ilin iyun ayından 2023-cü ilin iyun ayına kimi məhkum arvadına zülm edib: ona fiziki və mənəvi əzab verib, azyaşlı uşaqlarının gözü qarşısında döyüb. Bu mübahisələrdən birindən sonra qadın ağır vəziyyətdə xəstəxanaya düşüb.

2023-cü ilin iyun ayında qadın intihar edib. Cütlüyün dörd azyaşlı uşağı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar