Arvad ərinin üstünə  qaynar su töküb   öldürdü
01 iyun 2023 16:07 (UTC +04:00)

Arvad ərinin üstünə qaynar su töküb öldürdü

Moskva yaxınlığındakı Lyubertsı rayonunun Malaxovka kəndində qadın ərini öldürüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayət barədə 43 yaşlı qadın məlumat verib.

Məlumata görə, cütlük bir otaqlı ev icarəyə götürüblər. Aralarında yaranan münaqişə zamanı qadın kişini qarnından bıçaqlayıb. Daha sonra çaydandakı qaynar suyu onun üstünə töküb.

Qadın bundan sonra evdən çıxıb və 2 gün sonra qayıdıb. O, ərinin öldüyünü görüb və təcili tibbi yardıma xəbər verib.

# 2439
avatar

Oxşar yazılar