Ana yeni doğduğu körpəsini kanalizasiyaya atdı
17 sentyabr 2024 15:00 (UTC +04:00)

Ana yeni doğduğu körpəsini kanalizasiyaya atdı

Rusiya Federasiyasının Buryatiya Respublikasında ana yeni doğulmuş körpəsini kanalizasiyaya atıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə paytaxt Ulan-Ude şəhərində baş verib. Şübhəli şəxs valideynləri ilə fərdi evdə yaşayıb və hamilə olduğunu onlardan gizlədib.

Məlumata görə, körpə sağlam dünyaya gəlib. Ana onu kanalizasiyaya atıb və nəticədə körpə orada ölüb.

Qadın bu barədə dostuna danışıb, o da öz növbəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda bu iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar