Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 14-də gecə saatlarında Balaxanı qəsəbəsində bir evdən 3150 manat, 1900 ABŞ dolları və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Əhmədli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.