AMEA-nın vəzifəli şəxsinə dələduzluq İTTİHAMI  - FOTO
06 dekabr 2021 12:11 (UTC +04:00)

AMEA-nın vəzifəli şəxsinə dələduzluq İTTİHAMI - FOTO

Təhsil Nazirliyinin sabiq işçisi Rahil Nəcəfov AMEA-nın bir neçə əməkdaşına qarşı dələduzluq edib.

AMEA-dan Lent.az-a verilən xəbərə görə, Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.

Bildirilir ki, R. Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Zərərçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd  əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rahil Nəcəfov Neftçala rayonunun Dördlər kəndində anadan olub. O, 2012 - cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.

Rahil Nəcəfov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289
avatar

Mehman Nəbiyev

Oxşar yazılar