Alt paltarında telefon gizlədib həbsxanaya keçirmək istədi - FOTO
11 aprel 2022 14:58 (UTC +04:00)

Alt paltarında telefon gizlədib həbsxanaya keçirmək istədi - FOTO

Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola baxış keçiriib. Bu zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman alt paltarında gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon aparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

# 2430
avatar

Mehman Nəbiyev

Oxşar yazılar