"Al Market"  məhkəməyə verildi -  SƏBƏB
15 iyul 2021 11:44 (UTC +04:00)

"Al Market" məhkəməyə verildi - SƏBƏB

“Al Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

Lent.az-ın məlumatına görə, MMC-nin gömrük qaydalarını pozması qeydə alınıb. Nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında “Al Market”i 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Mehman Nəbiyev

Oxşar yazılar