Ağstafada qəza: Gənclər xəsarət aldı 
25 fevral 2024 08:02 (UTC +04:00)

Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hətəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 

# 3030
avatar

Oxşar yazılar