Ağdaşda azyaşlı faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, 2 yaşlı K. İsayev yediyi badamın qırıntılarının nəfəs borusuna düşməsi səbəbindən kəskin tənəffüs çatışmazlığı ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lakin burada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.