Ağdamda PARTLAYIŞ:   ölən var - YENİLƏNİB
12 may 2022 17:05 (UTC +04:00)

Ağdamda PARTLAYIŞ: ölən var - YENİLƏNİB

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağdam sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, xəsarət alan şəxs Ağdamın Çəmənli kənd sakini, 49 yaşlı Bəxtiyarov Rəşad Murtuza oğludur. Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev bildirib ki, R.Bəxtiyarovun əlində hərbi sursat partlayıb. Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

# 5607
avatar

Oxşar yazılar