Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə "Lada Priora" işıq dirəyinə çırpılıb.
Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 27 yaşlı Hüseynov Orxan Salman oğlu həyatını itirib.
Onun həmkəndlisi, 40 yaşlı Məmmədov Emin Raquf oğlu və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.