Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan  mühafizəçinin məhkəməsi başladı
16 dekabr 2024 12:15 (UTC +04:00)

Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi başladı

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirililən zaman məlun olub ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunub və məhkumluğu ödənilməyib.

Zərərçəkən şəxsin vəkili Asim Abbasov məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, təqsirləndirilən şəxsin əvvəllər ödənilməyən məhkumluğu olub, şahidlərin əksəriyyəti onun iş yoldaşlarıdır. Təqsirləndirilən şəxs şahidlərə və digər proses iştirakçılarına təzyiq göstərə bilər. Bunun qarşısının alınması üçün onun barəsində olan polisin nəzarəti altında verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənsin.

Dövlət ittihamçısı təzyiqlə bağlı indiyədək sübutun və cəhdin olmadığını əsas gətirib və vəsatətin təmin olunmamasını istəyib.

Təqsirləndiriın şəxsin vəkili Rəna Məmmədova vəsatəti qanunsuz və əsassız adlandıraraq rədd edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və iş məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin ittiham oludnuğu cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.

Bundan başqa, Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar