Bakıda gizlin qəlyanxana
16 mart 2021 11:09 (UTC +04:00)

Bakıda gizlin qəlyanxana

Adını dəyişdilər, əməllərini yox...- FOTO

Səbail rayonu, Badamdar qəsəbəsindəki T.Məmmədov küçəsində xüsusi karantin rejim qaydalarına əməl edilməyən çay evi adı altında fəaliyyət göstərən qəlyanxana aşkarlanıb.  

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Mehman Nəbiyev

Oxşar yazılar