ABŞ-da  kütləvi qətllərin   qorxulu antirekordu 
11 dekabr 2023 11:32 (UTC +04:00)

ABŞ-da kütləvi qətllərin qorxulu antirekordu 

2023-cü ildə Amerika Birləşmiş Ştatlarında kütləvi qətllərin sayına görə rekord qeydə alınıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu il təxminən 40 oxşar hadisə qeydə alınıb.

Məhz bu həftə Texas ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları cəmi 1,5 saat fərqlə baş verən kütləvi atışma ilə bağlı iki məlumat alıblar. 2023-cü ildə 38 qırğın xəbəri qeydə alınıbsa, bir il əvvəl 36 olub. Beləliklə, qorxunc antirekord qeydə alınıb.

Qeyd olunur ki, ABŞ-da kütləvi qətl 4 və daha çox insanın öldürüldüyü cinayət sayılır. Odlu silahlarla kütləvi atışmaların sayının COVID-19 pandemiyası zamanı azaldığı, lakin həyat normallaşdıqdan sonra yenidən artdığı bilinir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Oxşar yazılar