78 yaşlı kişini maşın vurub öldürdü
04 mart 2023 13:44 (UTC +04:00)

78 yaşlı kişini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 3-də saat 6 radələrində Binəqədi rayonu ərazisində baş verib. Bakı şəhər sakini H.Mürşüdov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən Laçın rayon sakini 78 yaşlı V.Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

# 1776
avatar

Oxşar yazılar