41 yaşlı kişi bıçaqlandı
20 may 2022 21:49 (UTC +04:00)

41 yaşlı kişi bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun "Dörd Yol" adlanan ərazisində qeydə alınıb.

Rayonun Posanlı kənd sakini, 1981-ci il təvəllüdlü Abbasov Qurban Vəli oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 41 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 

# 1680
avatar

Oxşar yazılar