3 yaşlı qıza seksual hərəkətlər edəni küçədə döydülər
01 iyun 2023 14:07 (UTC +04:00)

3 yaşlı qıza seksual hərəkətlər edəni küçədə döydülər

Türkiyənin İstanbul şəhərində 3 yaşlı qıza qarşı seksual hərəkətlər edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Zeytunburnu qəsəbəsində baş verib. Məlumata görə, əcnəbi olduğu deyilən kişi küçədə gəzən 3 yaşlı qıza qarşı seksual hərəkətlər edib. Bu zaman hadisəni uşağın arxadan gələn valideynləri görüblər. Onların müdaxiləsi ilə təcavüzkar qorxaraq qaçmağa çalışıb.

Ancaq ətrafda olanlar onu tutub və amansızlıqla döyüblər.

Hadisə yerinə gələn polislər həmin şəxsi saxlayıblar.

# 1398
avatar

Oxşar yazılar