Marina Şirdanova
01 iyul 2024 10:21 (UTC +04:00)

Marina Şirdanova

3 nəfərin öldüyü qəzada müğənni də xəsarət alıb - ANBAAN VİDEO

Qaxda 3 nəfərin ölməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. 

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin qəzada xəsarət alanlardan biri müğənni olub. 

Belə ki, "Ford" markalı avtomobildə olan sərnişin Marina Şirdanova ağır bədən xəsarətləri alıb. 

Marina Şirdanova ilkin olaraq Qax rayon Xəstəxanasına, oradan da Zaqatala rayon Xəstəxanasına aparılıb. 

Marina Şirdanovanın müğənni olduğu bildirilir.

Qəza anının görüntülərini təqdim edirik: 

 

Qeyd edək ki, məlum hadisə iyunun 29-da axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. 

Nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Xəsarət alanlardan üçü Türkiyə vətandaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7767
avatar

Oxşar yazılar