27 yaşlı qadın dərmandan zəhərləndi
11 avqust 2022 23:04 (UTC +04:00)

27 yaşlı qadın dərmandan zəhərləndi

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

1995-ci il təvəllüdlü Z.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

27 yaşlı qadının hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590

Oxşar yazılar