20 yaşlı gəlin toydan sonra infarktdan öldü
18 fevral 2025 14:31 (UTC +04:00)

20 yaşlı gəlin toydan sonra infarktdan öldü

Pakistanda 20 yaşlı qız toy günü ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, toydan sonra yeni bəy-gəlin və onların qonaqları oğlanın vətəninə, ölkənin ikinci ən böyük şəhəri olan Lahora yola düşüblər.

Yolda qəflətən qızın halı sürətlə pisləşib və o, su istəyib. Gəlin ev əvəzinə xəstəxanaya aparılıb. Ancaq o, xəstəxanaya çatanda ölüb. Səbəbi isə infarkt olub.

Qızın meyiti evinə aparılıb və o, daha sonra yerli qəbiristanlıqda dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658

Oxşar yazılar