20 minə BDU-ya tələbə düzəldən sayt rəhbərinə cinayət işi açıldı
10 mart 2023 18:11 (UTC +04:00)

20 minə BDU-ya tələbə düzəldən sayt rəhbərinə cinayət işi açıldı

Bakıda qadına qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, qızının Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumasını istəyən G. Əsədova dələduzluqla üzləşib. İddiaya görə, K. Adıgözəlov bu istəyinin reallaşması üçün ona kömək edəcəyini bildirib. Bu məqsədlə K. Adıgözəlov G. Əsədovadan ümumilikdə 19 min 820 manat pul alıb. Qadın həmin pulları ayrı-ayrı vaxtlarda həmin şəxsə təqdim edib.

Ancaq sonradan aldadıldığını başa düşən zərərçəkən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Nəticədə K. Adıgözəlova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Hazırda cinayət işinin məhkəmə istintaqı davam edir.

Qeyd edək ki, K. Adıgözəlov "taq.az" xəbər portalının rəhbəridir.

# 1710
avatar

Mehman Nəbiyev

Oxşar yazılar