Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 12-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxil İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana və 8,3 kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.