13 yaşlı oğlan Ceyranbatan su kanalında batdı - YENİLƏNİB
20 aprel 2024 18:02 (UTC +04:00)

13 yaşlı oğlan Ceyranbatan su kanalında batdı - YENİLƏNİB

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

Onun axtarışları davam etdirilir.

***
17:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumat əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

# 2178
avatar

Oxşar yazılar