13 il əvvəl  yoxa çıxan   14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21 aprel 2024 09:52 (UTC +04:00)

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb.

Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar heç bir nəticə verməyib. Çavuş Brent Barbi daha sonra etiraf edib ki, onun yoxa çıxması ilə bağlı heç bir dəlil yoxdur.

Uzun illər Cessika Delqadillonun işi açılmamış qalıb. Bununla belə, 2023-cü ildə Amarillo polisinin “soyuq” araşdırma bölməsi İtkin düşən və İstismar edilən uşaqlar üçün milli mərkəzdən (NCEMC) kömək istəyib. Bu təşkilatın iki müstəntiqi bu iş üzrə məlumatları yeniləmək və sosial şəbəkələrdə məlumat yaymaq üçün fəal işə başlayıb.

Bir gün polisə Cessika Delqadillo olduğunu iddia edən bir qız zəng vurub. İşçilər onun DNT nümunələrini toplayıblar və görünüşündə əhəmiyyətli dəyişiklikləri nəzərə alaraq analiz üçün Şimali Texas Universitetinə göndəriblər. Test nəticələri onun həqiqətən itkin Cessika olduğunu açıq şəkildə təsdiqləyib.

Polis bildirib ki, amerikalı yeniyetmə illər ərzində yoxa çıxmasının təfərrüatları və harada olması ilə bağlı məxfilik tələb edib. Hazırda iş bağlanıb.

# 3357
avatar

Oxşar yazılar

Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

9 may 2024 , 10:26
Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

9 may 2024 , 09:35
Qubada çörək sexi YANDI

Qubada çörək sexi YANDI

8 may 2024 , 23:27
Talassemiyalı uşaqlara qarşı 1 milyonluq dələduzluq edən  3 qadın həkimin   MƏHKƏMƏSİ

Talassemiyalı uşaqlara qarşı 1 milyonluq dələduzluq edən 3 qadın həkimin MƏHKƏMƏSİ

8 may 2024 , 19:31