TƏCİLİ! Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb
Azərbaycana məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın paytaxtı Kabildən şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın “Ariana” dövlət aviaşirkətinin nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, qəza iyulun 5-də Bakı vaxtı ilə saat 23:00-da Kurband qəzasının Siyah Gərd yaşayış məntəqəsi yaxınlığında baş verib.
Hələlik təyyarənin ekipajının taleyi barədə heç bir məlumat yoxdur.
“Associated Press” agentliyi isə bildirir ki, hadisə yerində güclü yanğın müşahidə olunub.
Əfqanıstandakı koalisiya qüvvələrinin nümayəndəsi mayor Tim Ceyms isə bildirib ki, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb. Ceymsin sözlərinə görə, qəzaya uğrayan təyyarə koalisiya qüvvələrinin əməliyyatına cəlb edilməyibmiş. Qəza baş verən ərazidə aktiv hərbi əməliyyatlar da olmayıb.

Oxşar yazılar

Sabirabad sakini həmyerlisini baltaladı
29 iyul 2025 , 00:40
Təcili tibbi yardım avtomobili qəzaya uğradı, 2 nəfər xəsarət aldı - YENİLƏNİB
28 iyul 2025 , 23:58
Xaçmazda dənizdə meyit tapıldı
28 iyul 2025 , 21:37
İki avtomobil toqquşdu - 1 ölü, 3 yaralı
28 iyul 2025 , 21:07
Şəmkirdə ağır qəza - Mikroavtobus yük maşını ilə toqquşdu - VİDEO
28 iyul 2025 , 20:16
Ailəsi həyətdə kişinin meyitini tapdı - ŞABRANDA FACİƏ
28 iyul 2025 , 19:33
İmtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçıları saxlanıldı
28 iyul 2025 , 19:11