“Masallı Mamed” dəfn olundu - FOTO
Martın 20-də Bakıda 1 saylı cəzaçəkmə məntəqəsində vəfat edən, oğru aləmində “Masallı Mamed” adı ilə tanınan Məmməd Hüseynov martın 21-də torpağa tapşırıldı.
Lent.az-ın əməkdaşı xəbər verir ki, səhər tezdən mərhumun Masallının mərkəzində yerləşən ata evinə minlərlə adam toplaşmışdı. Mərhumun meyiti ata evindən çıxarılandan sonra qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığına aparıldı. Bu vaxt şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırıldı. Minlərlə insan qəbiristanlığa axışmağa başladı. Dini adətlərə uyğun olaraq “Quran” oxunduqdan sonra “Masallı Mamed”in nəşi torpağa tapşırıldı.
“Masallı Mamed”in dəfninə təkcə Masallı və qonşu rayonlardan yox, Azərbaycanın hər tərəfindən insanlar gəlib. Dəfn saatlarında xəbər yayıldı ki, MDB ölkələrindən də bir çoxunun Masallıya gəlişi gözlənilir.
Səbuhi Məmmədli

Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Abşeronda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:51
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47