Qəbələdə 26 yaşlı qadın özünü öldürdü
16 fevral 2011 16:42 (UTC +04:00)

Qəbələdə 26 yaşlı qadın özünü öldürdü

Bu gün Qəbələ rayonunda intihar hadisəsi olub. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nic qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Nikaqoseva Diana Vitaliy qızı kəsəyən dərmanı içərək özünü öldürüb. Yaxınları səhər saatlarında Diananın zəhər içdiyini biliblər və onu xəstəxanaya yetişdiriblər. Lakin artıq gec olub.


Məlumatda bildirilir ki, özünü öldürən 26 yaşlı qadın ailəli olub. Onun iki azyaşlı övladı qalıb. İntiharın səbəbləri hələlik məlum deyil.


Faktla bağlı araşdırma başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar