Ata və qızı yol qəzasında öldü
06 avqust 2009 19:00 (UTC +04:00)

Ata və qızı yol qəzasında öldü

Şəmkirdə baş verən hadisə nəticəsində daha 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb


Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.


Lent.az-ın xəbərinə görə, Vest.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayon sakini Rəşad Səfərovun idarə etdiyi “VAZ” markalı avtomobil Bakı sakini Rahib Əliyevin idarə etdiyi “VAZ“ markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və R.Səfərovun 5 yaşlı qızı Nərgiz hadisə yerində keçiniblər. Rəşad Səfərovun digər qızı Bənövşə və R.Əliyevin avtomobildəki sərnişin, Şirvan sakini Elbrus Gülnalıyev xəstəxanaya yerləşdirilib. Onların durumu ağırdır.

Faktla bağlı araşdırma aparılır.
# 563

Oxşar yazılar