Kürdəmirdə Şəhidlər Xiyabanı yanıb
Rayonda bir gündə 12 yanğın hadisəsi baş verib
İyulun 17-də Kürdəmir şəhərində və rayonun Muradxanlı, Atakişili, Dəyirmanlı, Mollakənd və Xırdapay kəndlərində ümumilikdə 12 yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yanğınlar nəticəsində 2 tövlə və 2000 ədəd ot bağı, 1 ikiotaqlı ev, bir şirə istehsalı sexi, 3 həyətyanı sahənin mühafizə çəpəri və meyvə bağı, 3 ərazidə isə ümumilikdə 250 hektardan artıq biçilmiş taxıl sahəsi və otlaq yanıb.
Bundan başqa, Kürdəmir şəhərindəki Şəhidlər Xiyabanının və Xırdapay kəndindəki qəbiristanlığın bir hissəsi yanıb. Xırdapay kəndindəki yüksək gərginlikli elektrik dirəyində baş verən yanğın nəticəsində əhalinin elektrik enerjisindən istifadəsində bir neçə saat məhdudiyyət yaranıb. Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinin işçiləri bütün hadisələrin qarşısının vaxtında alınmasına nail olublar. Hissədən bildiriblər ki, bir gündə Kürdəmirdə bu qədər sayda yanğın hadisəsinin baş verməsi ilk dəfə müşahidə olunur. Rayonda havanın həddən artıq isti və küləkli olması yanğın hadisələrin baş verməsinə əsas səbəb kimi göstərilir.
bu xəbər 5 dəfə oxunub

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27