Ölüm yatağında olan xəstə ərə gedir!
24 iyun 2009 16:15 (UTC +04:00)

Ölüm yatağında olan xəstə ərə gedir!

Hollivud faciəvi toy mərasiminə şahidlik etməyə hazırlaşır. Bir vaxtlar dünya televiziyalarında fırtınalar əsdirən “Çarlinin mələkləri” adlı serialdakı rolu ilə məşhurlaşan Fara Fouset illərlə birlikdə yaşadığı, lakin evlənmədiyi məşhur aktyor Ryan Onel ilə ölüm yatağında evlənir. Lent.az-ın Türkiyə mətbuatına istinədən məlumatına görə, 68 yaşlı Onel “ABC” televiziyasına açıqlamasında evlənmə təklif etdiyi Fara Fousetin bu təklifi qəbul etdiyini və onun “hə” dediyi vaxt evlənəcəklərini söyləyib. Onel Fousetin həyat uğrunda mübarizə apardığını və mütləq evlənəcəklərini əlavə edib.
“Çarlinin Mələkləri” adlı televiziya serialı ilə bütün dünyada tanınan 62 yaşlı Fouset ilə 68 yaşlı Ryan Onelin 24 yaşında Redmond adlı bir oğulları var.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar