Prokuror Mahal İsmayıloğluna həbs cəzası istədi
Məhkəmə prosesi davam edəcək
Prokuror "Xalq qəzeti"nin keçmiş baş redaktoru, "Yeni Müsavat" qəzetinin köşə yazarı Mahal İsmayıloğluna iş istəyib.
İsmayıloğlunun vəkili Əlayif Həsənov cümə günü Trend News-a bildirib ki, Bakının Abşeron rayon məhkəməsində keçirilən prosesdə prokuror keçmiş baş redaktora 3 il 6 ay azadlıqdan şərti məhrumetmə cəzasının verilməsini xahiş edib.
Proses iyunun 30-da vəkillərin çıxışı ilə davam edəcək.
Xatırladaq ki, İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Keçmiş baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128) maddəsi ilə ittiham olunur.
Zərərçəkən kimi tanınan Nəsibə Nuruş qızı jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir.
İsmayıloğlu özü isə hesab edir ki, cinayət işi siyasi sifarişdir, onu hökuməti tənqid edən məqalələr yazdığına görə cəzalandırmaq istəyirlər.

Oxşar yazılar

Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17