Sərhəddə atışma: bir əsgərimiz şəhid oldu, bir zabit yaralandı
Dövlət Sərhəd Xidmətinin bir zabitinin isə yaralandığı bildirilir
İyunun 18-də saat 22:00 radələrində Cəlilabad rayonu ərazisində sərhəd keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə İran – Azərbaycan sərhədini keçmək istəyən 5 qaçaqmalçı arasında silahlı toqquşma olub. Nəticədə Samux rayon Əhmədbəyli kəndindən hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü əsgər İskəndərov Elton Xaləddin oğlu şəhid olub.
Bu haqda Lent.az-ın Gəncəbasar müxbirinə Samux rayon hərbi komissarlığından məlumat verilib. Mənbə bildirib ki, qaçaqmalçıların hamısı azərbaycanlı olub. Qaçaqmalçılar əmrə tabe olmadıqları üçün sərhədçilərimiz onlara atəş açıblar.
Nəticədə onlardan 2 nəfəri öldürülüb, 3 nəfəri isə həbs edilib. Sərhədi pozanlardan biri biri İskəndərovun açdığı atəş nəticəsində öldürülüb. Qaçaqmalçıların atdığı qumbara nəticəsində isə əsgərimiz şəhid olub. Adı açıqlanmayan bir zabit isə yaralanıb.
Qeyd edək ki, Elton İskəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Yaxınları bildiriblər ki, şəhid əsgər bu gün torpağa tapşırılıb.

Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51