Ali Məhkəmə soyadını dəyişmək istəyən erməninin şikayətini təmin etmədi
Azərbaycan Ali Məhkəməsində Bakı şəhər sakini Aruşanyan Sevinc Vyaçeslavovnanın Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb. Lent.az-ın xəbərinə görə, hakim Günəş Xudaverdiyevanın sədrliyilə keçirilən prosesin sonunda Mülki işlər üzrə məhkəmə kollegiyası S.Aruşanyanın kassasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Sevinc Aruşanyan milliyətcə erməni olan atasının soyadını daşıyır. O, 4 il öncə soyadının dəyişdirilməsi üçün Suraxanı rayon Məhkəməsinə müraciət edib.
S.Aruşanyan məhkəmədən milliyətcə azərbaycanlı olan anasının soyadına keçilməsi barədə qərar qəbul etməsini xahiş edib. Rayon məhkəməsi isə onun bu iddiasını təmin etməyib. S.Aruşanyan məhkəmənin bu qərarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apelyasiya şikayəti verməyib. Qərardan bir neçə il keçdikdən sonra isə adıçəkilən şəxs apelyasiya şikayəti etmək üçün rayon məhkəməsindən ərizə tələb edib. Suraxanı rayon Məhkəməsi isə apelyasiya şikayətinin verilməsi üçün müddətin bitdiyini əsas gətirərək, onun bu istəyini həyata keçirməyib. Bundan sonra Sevinc Aruşanyan apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsi bu il martın 19-da onun iddiasını təmin etməyib. Bu səbəbdən də o, Ali Məhkəməyə müraciət edib.
Pərvin ABBASOV

Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51