Kamran Əsədov və dəstəsinin üzvlərinə hökm oxundu
Təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzaları verilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Kamran Əsədov 15 il, Bəxtiyar Orucov 15 il, Fərid Cabbarov 15 il, Elşən Məmmədov 14 il, Kamran Babayev 15 il, Samir Mehrəliyev 15 il, Tərlan Kərimov 13 il, Edqar Əliyev 6 il 6 ay, Ramil Kərimov 12 il, Şirvani Babayev 10 il, Samir Əliyev 12 il, Yaşar Məhərrəmov 12 il 6 ay, Orxan Əlizadə 10 il 6 ay, Hacıbala Hüseynov 6 il 3 ay, Azər İbadov 10 il, Şəhriyar Məhərrəmov 2 il, Ramin Cəlilov 11 il, Rövşən Əbdüləliyev 12 il 6 ay, İlkin İsmayılov ümumilkdə 18 il, Vüqar Əliyev 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən İlkin İsmayılov bu iş üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu müddət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2006-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən İ. İsmayılovun çəkilməmiş qalan 11 illik cəzası ilə cəmləşdirilib. Təqsirləndirilən şəxslər hökmə etiraz edərək ayağa qalxmayıblar. Hökmün oxunması zamanı onlar “Allahu-Əkbər” şüarları səsləndiriblər.
Xatırladaq ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Oxşar yazılar

Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17