Ərəbistanda azərbaycanlı qadın həbs olunub
23 may 2009 10:30 (UTC +04:00)

Ərəbistanda azərbaycanlı qadın həbs olunub

Bakıda axtarışda olan qadın Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal RPİ tərəfindən CM-nin 144 (adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Rəna Bədəlzadə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərində tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar