Bakıda yaşayış evi külə döndü
Xəsarət alan olmasa da, ev sahibinə külli miqdarda zərər dəyib
Mayın 18-dən 19-na keçən gecə Bakının Nərimanov rayonunda yaşayış evi yanıb. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yaşar Əliyev küçəsi 53a ünvanda yerləşən həyət evi qəflətən alışıb və alov bütün evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadasının dörd yanğınsöndürən maşını cəlb olunub. Alov söndürülsə də, ev içərisindəki əşyalarla bərabər tamamilə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, ancaq ev sahibinə külli miqdarda zərər dəydiyi bildirilir.
Hazırda faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42
Olimpiya çempionunu ildırım vurub öldürdü
17 iyul 2025 , 12:53Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
17 iyul 2025 , 12:48