Bakıda yaşayan erməni Polis İdarəsini məhkəməyə verib
Nora Vartanesovna Varaqyan Nəsimi rayon Polis İdarəsi ilə bağlı Ali Məhkəməyə müraciət edib
Milliyyətcə erməni olan şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsini məhkəməyə verib.
APA-nın məlumatına görə, iddiaçı Nora Vartanesovna Varaqyan Nəsimi rayon Polis İdarəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti edib. İş hazırda Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyevin icraatındadır. Kassasiya şikayətinə mayın 8-də baxılacaq.
Qeyd edək ki, Nora Vartanesovna Varaqyan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ilk illərdə - 1991-ci ildə Nəsimi rayonunda yaşadığı ünvandan qeydiyyatdan çıxıb. Sonradan isə heç bir ünvana qeydiyyata düşməyib. 2007-ci ildə isə Nəsimi rayon Polis İdarəsi pasport və qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Nəsimi rayon Polis İdarəsi pasport və qeydiyyat şöbəsi tərəfindən isə onun müraciətini qeydiyyatdan çıxdığına görə rədd edilib.
Bundan sonra N. Varaqyan yerli məhkəmə instansiyasına Nəsimi rayon Polis İdarəsində vəzifəli şəxsin hərəkətlərindən şikayət edib. Nəsimi rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi N. Varaqyanın iddiasını təmin etməyib.

Oxşar yazılar

Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü
18 aprel 2025 , 09:37