Terrorda yaralanan daha bir nəfər əməliyyat olunub
Azərbaycan Neft Akademiyasına silahlı basqın nəticəsində yaralananlardan daha bir bu gün əməliyyat olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, dünən yaralılardan ikisi əməliyyat olunub. Bu gün isə daha bir yaralı üzərində əməliyyat aparılıb.
Nazirliyin nümayəndəsi əməliyyat olunmuş yaralının adı və soyadını açıqlamasa da, onun vəziyyətinin kafi qiymətləndirildiyini deyib.
Xatırladaq ki, hazırda yaralılardan 9-u stasionar qaydada müalicəsini davam etdirir. Onlardan 8-i Kliniki Tibbi Mərkəzdə (3 nəfər reanimasiya şöbəsində, 5 nəfər isə şöbələrə köçürülüb), 1 yaralı 4 saylı Şəhər Klinik Xəstəxanasındadır. Stasionar müalicə alanların vəziyyətləri keçirdikləri əməliyyata uyğundur. 3 nəfərin vəziyyəti orta ağırlıqda, digərlərində isə yaxşılaşma qeyd olunur.
Aprelin 30-da baş vermiş hadisə nəticəsində 3-ü qadın olmaqla 13 nəfər ölüb, 10 nəfər yaralanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü
18 aprel 2025 , 09:37