Yol Polisinin saxladığı avtomobil sürücüsünün ürəyi dayandı
Lənkəran rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saat 18:00 radələrində avtomobilinə normadan artıq sərnişin əyləşdirdiyinə görə polisin saxlatdığı “VAZ 2106” markalı maşının sürücüsü Məmmədhüseyn Təhməz oğlu Hüseynov polislə söhbət zamanı həyəcanlanıb və ürəyi tutub.
Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin 11-ci tağımının inspektorları olan Fəqan Əhməd oğlu Əhmədov və İlham Ağabəy oğlu Ağayev Məmmədhüseyn Hüseynovu idarə etdiyi minik avtomobilinə 7 nəfər əyləşdirdiyinə görə saxlayıb. Hadisəni araşdıran Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sürücü sərxoş olduğu üçün özünü şübhəli aparıb və polis sənədləri soruşub. Bu zaman isə, Məmmədhüseyn Hüseynov sənədlərinin üzərində olmadığını bildirib.
Avtomobilində olan sərnişinləri toya çatdırmalı olduğunu və tələsdiyi üçün sənəd götürə bilmədiyini söyləyən sürücü söhbət zamanı həyəcanlanıb. Ehtimal olunur ki, havanın isti olmasına görə də halı pisləşən Məmmədhüseyn Hüseynovun ürəyi tutub. Onu rayon xəstəxanasına apararkən yolda keçinib.
Vüqar Baba

Oxşar yazılar

İtini o qədər döydü ki, özü öldü
9 iyun 2025 , 10:25
Şagird İrandan gələn qarpızları oğurlayıb yoldan keçənlərə verdi - VİDEO
9 iyun 2025 , 09:44
Azərbaycanda 18 gündə eyni dönərxanada ikinci ZƏHƏRLƏNMƏ: indi də 17 nəfər
9 iyun 2025 , 09:36
Londondan Sinqapura uçan təyyarə Bakıda məcburi eniş etdi
9 iyun 2025 , 09:08
Göygöldə iki maşın toqquşdu: xəsarət alanlar var
9 iyun 2025 , 02:05Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
9 iyun 2025 , 01:24
Qaxda motosiklet aşdı, yaralılar var -YENİLƏNİB
8 iyun 2025 , 22:35