FHN cənub bölgəsində irimiqyaslı təlim keçirib
16 sentyabr 2010 19:40 (UTC +04:00)

FHN cənub bölgəsində irimiqyaslı təlim keçirib

APA-nın cənub bürosunun məlumatına görə, təlim bu gün Lənkəran rayonunun Liman şəhəri ərazisindəki neft anbarında reallaşıb. Mərkəzin əməkdaşlarına şərti olaraq Lənkəran şəhərindən 75 kilometr aralıda 7,5 bal gücündə baş verən zəlzələnin fəsadlarını dəf etmək tapşırığı verilib. Zəlzələ nəticəsində Liman şəhərində yerləşən neft anbarındakı çənin deformasiyaya uğraması səbəbindən yanğın baş verib, inzibati bina uçub, işçilərdən xəsarət alanlar olub. Hadisə yerinə təcili olaraq FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları gəlib.

Anbarda baş verən yanğının qarşısı alınıb, xəsarət alan 2 nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

FHN-nin əməkdaşı İzzət İbadov jurnalistlərə açıqlamasında şərti təlimin keçirilməsində məqsədin baş verə biləcək hər hansı hadisəyə çevik reaksiya vermək, FHN-lə aidiyyəti qurumlar arasında qarşılıqlı əlaqəni gücləndirmək, operativ qərarların qəbul edilməsi, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili olduğunu deyib, belə tədbirlərin davam etdiriləcəyini bildirib.

Təlimə şəxsi heyətin 74 üzvü, o cümlədən 9 texnika cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52