Yanğında məhv olan ailənin sonuncu üzvü öldü
Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, 31 yaşlı Elnarə Rzayeva ötən gecə aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.
Qeyd edək ki, məlum hadisə sentyabrın 12-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Ümumi sahəsi 60 kv/m olan iki otaqlı evin 47 kv/m sahəsi tam yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.
Yanğın kəşfiyyatı zamanı ev sahibi, 33 yaşlı Anar Rzayev, onun övladı, 1 yaşlı Cavad Rzayev və iki həftə əvvəl dünyaya gəlmiş övladının yanmış cəsədi tapılıb. A. Rzayevin həyat yoldaşı 31 yaşlı Elnarə Rzayeva isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən ilkin araşdırmalar nəticəsində yanğına qaz sobasındakı nasazlığının səbəb olduğu məlum olub.
Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Göygöldə iki maşın toqquşdu: xəsarət alanlar var
9 iyun 2025 , 02:05Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
9 iyun 2025 , 01:24
Qaxda motosiklet aşdı, yaralılar var -YENİLƏNİB
8 iyun 2025 , 22:35
İtkin düşən kişinin meyiti kanaldan tapıldı-VİDEO
8 iyun 2025 , 17:46
Ağstafada bir ailənin faciəsi -Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...
8 iyun 2025 , 17:21
Qaxda zəncirvarı qəza - Xəsarət alanlar var-YENİLƏNİB
8 iyun 2025 , 16:03
Qurban kəsərkən infarkt keçirən polis zabiti öldü
8 iyun 2025 , 15:37