Qatarın partladılması barədə rəsmi açıqlama yayıldı
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, bu gün Bakı vaxtı ilə saat 12.20-də Şimali Qafqaz dəmir yolunda Kizlər stansiyası yaxınlığında yük qatarının hərəkəti zamanı partlayış baş verib. İlkin məlumata görə, qatarın 5 vaqonu relsdən çıxıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Partlayış Həştərxandan Bakıya gələn qatarın sonuncu vaqonunun altında baş verib və nəticədə hər iki istiqamətdə hərəkət dayandırılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
Nadir Əzməmmədov deyib ki, dünən Bakı-sərnişin stansiyasından yola düşən Bakı-Moskva qatarı hazırda Kizlər stansiyasında, Sankt-Peterburqdan Bakıya gələn sərnişin qatarı isə Artezian stansiyasında dayanıb. Hər iki qatarın sərnişinləri avtobuslarla Artezian və Kizlər stansiyalarına daşınacaq, Bakı-Moskva qatarı Sankt-Peterburq-Bakı qatarının sərnişinlərini Bakıya, Sankt-Peterburq-Bakı qatarı isə Bakı-Moskva qatarının sərnişinlərini Moskvaya aparacaq.
Bu gün Bakı-Tümen qatarı səhər saat 06.20-də yola düşüb, Bakı-Kiyev sərnişin qatarı isə saat 23.40-da cədvəl üzrə yola düşəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda evdən 90 minlik OĞURLUQ
22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı
22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit TAPILDI
22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər
22 aprel 2025 , 13:53Sumqayıtda parkda meyit tapıldı
22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi
22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı
22 aprel 2025 , 13:18