Oğlunu yol qəzasında itirən ata intihar etdi
53 yaşlı kişi yaşadığı evdə özünü asıb
Azərbaycan paytaxtında gənc oğlunu itirən ata intihar edib.
Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun B. Bağırov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü İsmayıl Gülməmməd oğlu Məmmədov yaşadığı evdə özünü asıb.
Məlumata görə, İ. Məmmədovun oğlu bir il əvvəl yol qəzasında həlak olub. Oğlunun ölümünə dözməyən ata dəfələrlə həyat yoldaşına övladı olmadan yaşaya bilmədiyini bildirib. Nəhayət o, ötən gün evdə heç kimin olmadığından istifadə edərək özünü öldürüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 11-ci mərtəbədən atdı
6 may 2025 , 13:00
Bakıda "Prius" "KaMAZ"la toqquşdu, ölən və yaralananlar var
6 may 2025 , 11:10
Beyninə virus düşən məktəbli ÖLDÜ
6 may 2025 , 10:47
Bank kartlarından 13 min manatdan çox pul oğurlandı
6 may 2025 , 10:15
Göyçayda FACİƏ: kişi əməliyyat zamanı öldü
6 may 2025 , 09:56
Azərbaycanda DƏHŞƏT: tələbənin meşədə asılmış meyiti tapıldı
6 may 2025 , 09:51
Bakıda tunelə yenə su doldu - VİDEO
6 may 2025 , 09:45