Bakıda "Prius" "KaMAZ"la toqquşdu, ölən və yaralananlar var
06 may 2025 11:10 (UTC +04:00)

Bakıda "Prius" "KaMAZ"la toqquşdu, ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə mayın 3-də Qaradağ rayonu ərazisində baş verib.

36 yaşlı İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Pirus” markalı avtomobillə 35 yaşlı Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili toqquşub. Nəticədə "Prius"un sürücüsü E. İsmayılov və sərnişinləri - 35 yaşlı Mirzəyeva Mehriban Saday qızı, 31 yaşlı Dəmirqayayev Coşqun İlham oğlu, 20 yaşlı Süleymanov Zaur Sərxan oğlu və 39 yaşlı Əliyev Xaliq Əhsən oğlu xəsarət alıblar. C.Dəmirqayayev aldığı xəsarətlərdən mayın 5-də yerləşdiyi xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar