İnsanları 13 il qarajda gizlədib zorla işlədən  azərbaycanlılardan YENİ XƏBƏR
06 may 2025 11:38 (UTC +04:00)

İnsanları 13 il qarajda gizlədib zorla işlədən azərbaycanlılardan YENİ XƏBƏR

Rusiyada insanları əsarətdə saxlayıb məcburi əməyə cəlb edən azərbaycanlılar həbs olunmayacaq.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət Novokuznetsk şəhərində azərbaycanlıların səs-küylü cinayət işindən gedir. Belə ki, Azərbaycan əsilli bir qrup şəxs məcburi əmək üçün yeraltı həbsxana təşkil edib.

İstintaq orqanları müəyyən edib ki, 2012-ci ildən üç nəfər - Bayram, Ceyhun və Elçin V. 9 nəfəri zorla zirzəmidə saxlayaraq zibilləri çeşidləməyə məcbur ediblər. Zərərçəkənlər qeyri-insani şəraitdə qarajın zirzəmisində saxlanılıb və yalnız qadınlardan birinin qaçması sayəsində baş verənləri üzə çıxarmaq mümkün olub. O, polislə əlaqə saxladıqdan sonra araşdırma başlayıb.

İstismar və qeyri-qanuni həbsə dair güclü dəlillərə baxmayaraq, məhkəmə şübhəlilərin istintaqın sonuna qədər azadlıqda qalmasına icazə verib. Onları başqa yerə getməmək şərtilə azadlığa buraxıb.

Polis zərərçəkənlər arasında əvvəllər itkin düşdüyü bildirilən şəxslərin olduğunu bildirib. Məhkəmə iclasında təqsirləndirilən şəxslər üzlərini iştirak edənlərdən gizlətməyə üstünlük veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar