Hüseyn Dərya azadlıqdan məhrum edildi
1 il həbs cəzası verilən reper məcburi müalicə olunacaq, Narkoloji Dispanserdə qeydiyyata alınacaq
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz əldə olunması, istifadəsi, eləcə də silah əldə edib saxlamaqda təqsirləndirilən məşhur reper Hüseyn (Dərya) Muradov, Bəylər Qəmbərov və Hikmət Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, Bəylər Qəmbərov 7 il, Hüseyn Dərya və Hikmət Şahverdiyev 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, hər üç şəxs məcburi müalicəyə göndəriləcək, Narkoloji Dispanserdə qeydiyyata alınacaq.
Hökm çıxarılarkən Hüseyn Dəryanın Azərbaycan incəsənətindəki xidmətləri yüngülləşdirici hal kimi nəzərə alınıb.
Prosesdən sonra reperin həyat yoldaşı jurnalistlərə yaxınlaşaraq, əvvəlki proseslərdə KİV nümayəndələrinin ünvanına söylədiyi kəskin fikirlər üçün onlardan üzr istəyib.
Qeyd edək ki, dövlət ittihamçısı Nəriman Ələkbərov çıxış edərək, H.Muradovun 1 il 6 ay, Hikmət Şahverdiyevin 2 il, Bəylər Qəmbərovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bəylər Qəmbərov, Hikmət Şahverdiyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə), Hüseyn Muradov (Dərya) isə 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma) maddələri ilə təqsirli biliniblər.
Şəhriyar Əlizadə

Oxşar yazılar

"Azərbaycana gəlib yatırım qoymuşam" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ
18 aprel 2025 , 12:48
Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41